"Kəpəz” Futbol Klubunda uşaq-gənclər komandalarının inkişafını gücləndirmək, klubda çalışan məşqçilərin təhsil səviyyəsini yüksəltmək, idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Kəpəz” Futbol Klubunun Müşahidə Şurasındakı nümayəndəsi Mikayıl Quluyev (Nərimanoğlu) geri çağırılıb.
Modern.az-ın məlumatına görə, bu barədə AFFA-dan xəbər verilib.
"Kəpəz”in Müşahidə Şurasına AFFA tərəfindən təyin olunacaq nümayəndə barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Mikayıl Nərimanoğlu 2015-ci ildə "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvi seçilib. O, həmçinin AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəridir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !