Anews.az xəbər verir ki, görüş milli assosiasiyanın inzibati binasında baş tutub.
Məmmədov AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından onu təbrik edib, xoş arzularını çatdırıb. Yubilyara Azərbaycan milli komandasının forması hədiyyə olunub.
Tərlan Əhmədov göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.
Tərlan Əhmədov 1990-cı ildə SSRİ U-19 yığmasının heyətində Avropa çempionu adını qazanıb. Keçmiş müdafiəçi "Neftçi”, "Turan”, "Qarabağ”, "Karvan”, "Şəfa”, "Olimpik-Şüvəlan”, "Terek” (Rusiya), "Anji” (Rusiya), "Fakel” (Rusiya), "Volın” (Ukrayna) və başqa klubların heyətində çıxış edib.
O, Azərbaycan milli komandasında 75 oyun keçirib, 1999-cu ildən 2005-ci ilə qədər yığmanın kapitanı olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !