Tədbirə AFFA-nın prezidenti Rövnəq Abdullayev də qatılıb.
Bu gün Finlandiyanın paytaxtı Helsinki şəhərində UEFA-nın 41-ci növbəti Konqresi keçirilir.
"Report"un məlumatına görə, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edir. Konqresin gündəliyinə daxil olunmuş məsələlərdən biri UEFA İcraiyyə Komitəsinin 8 üzvünün seçilməsidir.
Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsi üzvlüyünə namizədliyi irəli sürülüb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !