"Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA tərəfindən danışıq aparılan mütəxəssislərin siyahısında bir neçə digər namizədlə yanaşı, Roy Kin də var”.
Bu barədə Oxu.Az-a AFFA-dan məlumat veriblər.
Roy Kinin Azərbaycan millisinin sükanı arxasına keçməsi ilə bağlı Britaniya mətbuatında yayılan yazılanlara AFFA belə münasibət bildirib:
"Bir müddət əvvəl də xəbər verdiyimiz kimi, bütün dünyada pandemiya ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət nəzərə alınaraq, hələ ki, hər hansı namizədin müzakirə üçün İcraiyyə Komitəsinə təqdim olunması və müqavilə şərtlərinin tam olaraq dəqiqləşdirilərək yekunlaşdırılması mümkün olmayıb”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !