AFFA Tərlan Əhmədovu cəzalandırdı

22:30 | 23.04.2019
AFFA Tərlan Əhmədovu cəzalandırdı

AFFA Tərlan Əhmədovu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Milli.Az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

"Sumqayıt" - "Səbail" matçının 58-ci dəqiqəsində "Səbail"in futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

"Qarabağ" - "Keşlə" matçında  "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

"Sabah" - "Neftçi" matçında  "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 56-cı dəqiqəsində "Sabah"ın futbolçusu Novruz Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM