AFFA yenə klubları cəzalandırdı

20:28 | 14.03.2014
AFFA yenə klubları cəzalandırdı

AFFA yenə klubları cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

ANN.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

XXII Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter” – “Neftçi” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 38-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vəasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimələnib.

XXII Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Rəvan” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cəza kəsilib.

XXII Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Araz Naxçıvan” – “Xəzər Lənkəran” matçının 73-cü dəqiqəsində “Araz Naxçıvan” klubunun inzibatçısı Yunis Məhərrəmov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 4 nömrəli futbolçusu Alvaro Silva əl ilə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM