Afiəddin Məmmədov 8 il müddətinə həbs olunub

12:53 | 14.01.2025
Afiəddin Məmmədov 8 il müddətinə həbs olunub

Afiəddin Məmmədov 8 il müddətinə həbs olunub

Həbsdə olan ictimai fəal Afiəddin Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmlə 8 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Məmmədova qarşı  yekun olaraq Cinayət Məcəlləsinin 126.2.4-cüq (qəsdən sağlamlığa zərər vurma-ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə), 228.4-cü (qanunsuz soyuq silahı əldə etmə və gəzdirmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.


Afiəddin Məmmədov ilk olaraq CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü ( xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdi. Bu ilin sentyabrında onun haqda həbs qətimkan tədbiri seçilib.


Afiəddin Məmmədov "Demokratiya 1918” Hərəkatının İdarə Heyətinin üzvü olub. 
 
Aytac Zeynalova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM