Afinada Azərbaycan və Yunanıstan prezidentlərinin görüşü keçirilir

14:47 | 16.06.2014
Afinada Azərbaycan və Yunanıstan prezidentlərinin görüşü keçirilir

Afinada Azərbaycan və Yunanıstan prezidentlərinin görüşü keçirilir

İyunun 16-da Azərbaycan prezidenti İlham Əliyevin Afinada rəsmi qarşılanma mərasimi olub.

APA-nın xəbərinə görə, Azərbaycanın və Yunanıstanın dövlət bayraqlarının dalğalandığı prezident sarayının qarşısında fəxri qarovul dəstəsi düzülüb.

 

Prezident İlham Əliyev Yunanıstan prezidenti Karolos Papulyas tərəfindən qarşılanıb. Hərbi orkestrin ifasında Azərbaycanın və Yunanıstanın dövlət himnləri səslənib. Dövlət başçıları hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

 

Yunanıstanın rəsmi şəxsləri İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Karolos Papulyasa təqdim edilib.

 

K. Papulyasla görüşdən əvvəl Azərbaycanın dövlət başçısı Afinada naməlum əsgərin məzarını ziyarət edib. O, naməlum əsgərin məzarı önünə əklil qoyub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM