"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə regional təşkilatın gündəlik hesabatında deyilir.
AB-nin məlumatına görə, virus 55 üzvü olan təşkilatın 49 ölkəsinin sakinlərində aşkarlanıb. Xəstəlik nəticəsində 173 nəfər ölüb, 371 nəfər sağalıb.
Ən çox xəstəlik Şimali Afrika ölkələrində müşahidə olunub: Misir və Əlcəzairdə müvafiq olaraq 656 və 582 yoluxma hadisəsi qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 803 min nəfərə yaxındır, 39 minə yaxın adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !