Afrikada koronavirusun yayıldığı ölkələrin sayı artdı

19:30 | 18.03.2020
Afrikada koronavirusun yayıldığı ölkələrin sayı artdı

Afrikada koronavirusun yayıldığı ölkələrin sayı artdı

Zambiyada koronavirusa ilk yoluxma halı qeydə alınıb.


"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Çitalu Çilufya açıqlayıb.


Məlumata görə, ölkədə iki nəfərdə koronavirus aşkarlanıb. Fransadan səfərdən qayıtmış cütlük xəstəxanaya yerləşdirilib, onların uşaqları isə təcrid edilib.


"Biz ailənin 4 üzvü ilə təmasa girən hər kəsi araşdırırıq”, - nazir qeyd edib.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 170 ölkədə qeydə alınıb.


Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 205 642-yə çatıb. Bunların 82 889 nəfəri sağalıb, 8 272 nəfəri isə ölüb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM