Afrikanın brilyantlarını türklər kəsəcək.
Musavat.com-un məlumatına görə, Afrikanın, Sibirin xam almaz, yaqut və zümrüdləri Türkiyəyə axacaq. Qiymətli daş kəsmə işi tezliklə Türkiyəyə gələcək. İstanbulda daş kəsmə mərkəzi olandan sonra isə 100 min nəfərə iş yeri açılacaq.
İstanbul Zərgərlər Palatasının sədri Norayr İşlər, Türkiyənin qiymətli daş işləmə mərkəzi yaratmaq üçün hərəkətə keçdiyini açıqlayıb. İşlə bağlı Afrikaya səfər etdiyini də bildirən işlər qeyd edib ki, daş-qaşlar Türkiyədə hazırlansa qiymətlər də ucuz olacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !