• $
  • €
  • ₽
  • ₺
  • £

AÇG-də bu il 18 yeni quyu qazılacaq

AÇG-də bu il 18 yeni quyu qazılacaq
09.02.2024 10:24
2024-cü ildə Azəri-Çiraq-Günəşli neft-qaz yataqları blokunda (AÇG) 18 quyunun qazılması planlaşdırılır. Bunu Bakıda keçirilən Caspian Drilling konfransında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Kim O'Leary bildirib.

Onun sözlərinə görə, bu il AÇG-də qazılacaq quyuların 12-i hasilat quyularının payına düşəcək.

BP nümayəndəsi onu da əlavə edib ki, ötən il AÇG-də 17 quyu qazılıb, bunun da 9-u hasilat quyusu olub. Digər qazılan quyular injektor və axtarış quyuları olub.
 
Energetika Nazirliyinin proqnozlarına görə, 2024-cü ildə neft hasilatı 29,5 milyon ton olacaq.  

2023-cü ildə neft hasilatı 30,2 milyon ton, 2022-ci ildə  isə 32,7 milyon ton olub.
 
2024-cü ildə qaz hasilatı  ötən ilki 48,5 milyard kubmetrdən 48,9 milyard kubmetrə qədər artacaq.
     
2022-ci ildə Azərbaycanda 46,7 milyard kubmetr təbii qaz hasil edilib.
     
Ölkənin neft və qaz hasilatının böyük hissəsi "Azəri-Çıraq-Günəşli” neft blokundan və  "Şahdəniz” yatağından hasil edilir. Bu yataqlar BP-nin operatorluğu altında çalışan xarici neft şirkətləri konsorsiumu tərəfindən  istismar edilir. 

AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
 
Aytac

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol