İranda azərbaycanlı azarkeşlər həbs edilib

13:43 | 04.04.2024
İranda azərbaycanlı azarkeşlər həbs edilib

İranda azərbaycanlı azarkeşlər həbs edilib

Təbrizdə yerli "Traktor”la İsfahanın "Sepahan” komandaları arasında baş tutan matç zamanı "Traktor” azarkeşləri Azərbaycan və Türkiyə bayraqlarını qaldırıb, türkcə şüarlar səsləndiriblər.

Oyun başa çatdıqdan sonra İran xüsusi xidmət orqanları azərbaycanlıları "Azərbaycan simvollarını nümayiş etdirdiklərinə” görə saxlayıb və həbs edib.
 
Təbrizdə yaşayan azərbaycanlılar sosial şəbəkələrdə bu barədə məlumat yerləşdirib. 

Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
 
N.Təbrizli
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM