Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə sazişlə bağlı xarici sərmayədarlar Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) bonus məbləğinin 7-ci hissəsini ödəyib.
Dövlət Neft Fondundan verilən məlumata görə, saziş üzrə Fonda 450 milyon ABŞ dolları bonus ödənilib.
AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur. Bu sazışin 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində sərmayəçilər tərəfindən, ümumilikdə, 3,6 milyard ABŞ dolları məbləğində bonus ödənişlərinin ödənilməsi nəzərdə tutulur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !