Agentlik heyvan kəsimi məntəqələrinə xəbərdarlıq etdi - FOTO

16:35 | 22.01.2019
Agentlik heyvan kəsimi məntəqələrinə xəbərdarlıq etdi - FOTO

Agentlik heyvan kəsimi məntəqələrinə xəbərdarlıq etdi - FOTO

Qida Təhlükəsizliyi Agentliyi bu gün Binəqədi rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirib.

Agentlikdən Anews.az-a verilən məlumata görə, reyd zamanı 20-yə yaxın qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb. Eyni zamanda, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunmuş reydlərdə Binəqədi Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Əgər sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq istəyirlərsə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM