Aİ aviaşirkətlərə Livan və İsrail hava məkanında uçuş etməməyi tövsiyə edir

15:31 | 28.09.2024
Aİ aviaşirkətlərə Livan və İsrail hava məkanında uçuş etməməyi tövsiyə edir

Aİ aviaşirkətlərə Livan və İsrail hava məkanında uçuş etməməyi tövsiyə edir

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi aviaşirkətlərə Livan və İsrail hava məkanında uçuşlardan çəkinməyi tövsiyə edib.Bu barədə agentliyin məlumatında bildirilib.

"Mövcud şəraitdə Avropa Komissiyası və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi Livan və İsrailin hava məkanında uçuşlar həyata keçirməməyi tövsiyə edən bülleteni dərc etməyi qərara alıb”, - agentlik vurğulayıb.

Qurum bu tövsiyəni İsraillə "Hizbullah” arasında münaqişənin kəskinləşməsi fonunda verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM