Aİ Azərbaycanda 70 layihəyə 90 milyon avro ayırıb

15:00 | 18.04.2017
Aİ Azərbaycanda 70 layihəyə 90 milyon avro ayırıb

Aİ Azərbaycanda 70 layihəyə 90 milyon avro ayırıb

Avropa İttifaqı (Aİ) 2007-ci ildən indiyə kimi Azərbaycanda vətəndaş sektorunun 70-dək layihəsinə 90 milyon avro vəsait ayırıb.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

O deyib ki, bu layihələr qadınlar, sosial işçilər, jurnalistlər, hakimlərin treninqləri və s. sahələri əhatə edən layihələr olub.

M.Mard qeyd edib ki, Azərbaycan cəmiyyətinin inkişafı üçün bu əməkdaşlığı davam etdirəcəyik.

O əlavə edib ki, Aİ 10,5 milyon avro həcmində təhsil və işlə təminetmə üzrə yeni maliyyə ayırıb:

"Bu layihələr Azərbaycan vətəndaşlarının xeyrinədir".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM