Avropa İttifaqı Brüsseldə növbəti görüş keçirmək üçün Azərbaycan və Ermənistanla birgə işləyir.
Bu barədə Trend-ə Avropa Şurasındakı mənbədən deyiblər.
"Brüssel prosesi intensivdir və Aİ növbəti görüşün vaxtı müəyyən etmək üçün tərəfdaşlarla birgə işləyir", - deyə bildirilib.
Bakı ilə İrəvan arasında hərbi qulluqçuların azad edilməsi ilə bağlı əldə olunan son razılaşmadan sonra Avropa Şurasının prezidenti Şarl Mişel bu addımları alqışlayaraq, onları "siyasi dialoqda görünməmiş irəliləyiş” adlandırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !