Avropa İttifaqı (Aİ) Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq prosesinin başa çatdırılması işində Azərbaycana dəstək verməyə hazırdır.
Bunu Trend-ə Aİ-nin Brüsseldəki ofisinin mətbuat xidmətindən deyiblər.
Mətbuat xidmətindən qeyd ediblər ki, ÜTT-yə daxil olmaq prosesini sürətləndirmək üçün Azərbaycan gömrük sahəsində bəzi islahatlar aparmalı, rəqabət haqqında qanunvericiliyə dəyişikliklər etməlidir.
Ofisdən, həmçinin Azərbaycanın ÜTT-yə daxil olmaq üçün gördüyü işlərin vacibliyi qeyd edilib və təşkilata üzv olmaq prosesi ilə nəzərdə tutulmuş qalan islahatların yekunlaşdırılmasının vacibliyi vurğulanıb: "Hər bir ölkə təşkilata inkişaf etmiş və inkişaf etməkdə olan ölkə qismində daxil olacağını sərbəst müəyyənləşdirmək hüququna malikdir".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !