Aİ dünya müharibəsindən qorxur, ona görə də Braziliya və Çinin sülh planı ilə maraqlanır

17:48 | 27.09.2024
Aİ dünya müharibəsindən qorxur, ona görə də Braziliya və Çinin sülh planı ilə maraqlanır

Aİ dünya müharibəsindən qorxur, ona görə də Braziliya və Çinin sülh planı ilə maraqlanır

Aİ ölkələri Çin və Braziliyanın sülh planında maraqlıdır, çünki onlar Ukraynadakı münaqişə səbəbindən dünya müharibəsinin başlamasından qorxurlar. Bu barədə Braziliyanın "O Globo” qəzeti Avropa hökumətlərindəki mənbələrə istinadən məlumat yayıb.


Onların sözlərinə görə, Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə bəzi ölkələrin, o cümlədən Aİ üzvlərinin rəsmiləri danışıblar. Nəşr vurğulayır ki, Aİ nümayəndələri "Çin-Braziliya təklifi ilə maraqlanırdılar”. "Əsas odur ki, liderlik haqqında danışmaq olmaz, bu məsələdə iki müharibənin dünya müharibəsinə çevrilməsinə imkan verməmək vacibdir”, – qəzet onlardan sitat gətirib.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Çin və Braziliyanın Ukrayna ilə bağlı sülh planı dünyanın 110-dan çox ölkəsi tərəfindən dəstəklənir.

May ayında məsləhətləşmələrdən sonra Çinin xarici işlər naziri Vanq Yi və Braziliya prezidentinin xüsusi nümayəndəsi Selso Amorim altı bənddən ibarət birgə bəyanat dərc etdilər. Orada bildirilir ki, Ukrayna böhranının həlli üçün yeganə yol dialoq və danışıqlardır. ÇXR və Braziliya "bütün tərəflərin bərabər iştirakı və sülh planlarının müzakirəsi” ilə "uyğun vaxtda” beynəlxalq sülh konfransı keçirməyi təklif ediblər. Sentyabrda Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, Rusiya Çin-Braziliya sülh təşəbbüsünü alqışlayır.


Ukrayna prezidenti Vladimir Zelenski Braziliya və Çin arasındakı planı kəskin tənqid edib və onu "dağıdıcı” adlandırıb. Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Zelenski onların sülh təşəbbüslərini tənqid edə bilməz, çünki Kiyev üçün qərar Qərb verəcək. 
 
Aytac



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM