Aİ Livandakı miqrantların köç etməsindən narahatdır

12:37 | 03.10.2024
Aİ Livandakı miqrantların köç etməsindən narahatdır

Aİ Livandakı miqrantların köç etməsindən narahatdır

Avropa İttifaqı Livandakı miqrantların köç etməsindən narahatdır. Bu barədə Euractiv portalı yazıb.  
 
Avropa Komissiyasının portala verdiyi məlumata görə, bu həftə Aİ xarici işlər nazirləri İsrailin Livanın cənubuna qurudan hücumu fonunda qaçqın axınının mümkünlüyünü müzakirə ediblər.

Livanda gərginləşən vəziyyət bir milyondan çox insanı didərgin salıb, təxminən hər on nəfərdən biri Suriyaya qaçıb. 

Livanın Baş naziri Nəcib Mikati BMT-dən 400 milyon dollar yardım istəyib.
 
Oktyabrın 1-nə keçən gecə İsrail Livanın cənubundakı sərhəd bölgələrində məhdud quru əməliyyatına başladığını elan edib.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM