Aİ miqrantları qəbul mərkəzlərində əlavə 100 min yer açacaq

11:29 | 26.10.2015
Aİ miqrantları qəbul mərkəzlərində əlavə 100 min yer açacaq

Aİ miqrantları qəbul mərkəzlərində əlavə 100 min yer açacaq

Avropa liderlərinin Brüsseldə fövqəladə sammitində qaçqınları qəbul mərkəzlərində əlavə 100 min yerin yaradılması barəsində razılığa gəlinib.

11 Aİ və 3 Aİ-dən kənar ölkələrin başçıları miqrantların sayının artması məsələsini müzakirə etmək üçün görüşüb.

Ötən həftə Yunanıstana hər gün 9,000-dən artıq miqrant gəlib - bu, Avropaya miqrant axının indiyədək müşahidə edilmiş ən böyük tempidir.

Razılığa görə, Yunanıstan ilin sonunadək 30 min miqrant üçün kifayət qədər otağı olan qəbul mərkəzi yaratmalıdır.

Eyni zamanda BMT Qak, daha 20 min yer ayıracaq.

Həmçinin, şimali Almaniya və Skandinaviyaya getmək istəyən miqrantlar üçün ən populyar marşrutlardan olan Balkan ölkələrində də daha 50 min yerlik qəbul mərkəzləri açılacaq.
Liderlər razılığa gəliblər ki:

    Bir həftə ərzində gələn miqrant sayının tənzimlənməsi üçün Sloveniyaya 400 polis əməkdaşı göndərilsin
    "Qonşu ölkələrə məlumat vermədən" miqrantların digər ölkələrlə sərhədərə göndərilməsi dayandırılsın
    Digər ölkələrə qaçqın miqdarı haqqında informasiya təqdim edə biləcək əlaqələndirici zabitlər təyin edilsin

Balkan marşrutu üzrə yerləşən kiçik ölkələr gələn insanların sayına görə miqrant qəbulu resurslarının tükənməsi təhlükəsinin oluduğunu deyiblər.

"Bu Avropanın nə vaxtsa üzləşdiyi ən böyük sınaqlardan biridir," Almaniya kansleri Angela Merkel bildirib.

Gərginlik Macarıstan öz səhədini bağlaması ilə qaçqınların şimala olan yolda digər marşrut tapmaq üçün Xorvatiya və Sloveniyaya üz tutmağa məcbur olması ilə artıb.

Bəzi ölkələrdə hökumət miqrantlara digər ölkələrin sərhədlərinə getmək üçün kömək edir.

Danışıqlardan əvvəl Xorvatiyanın baş naziri Zoran Milanovic miqrantların digər ölkələrin sərhədlərinə daşınmasını dayandırmaq xahişini qəbul etməyib.

Cənab Milanovic və Sloveniya prezidenti Borut Pahor bildirib ki, bazar günü danışıqlarını o zaman uğurlu adlandırmaq olar ki, Türkiyədən Yunanıstana gələn miqrantlara ciddi məhdudiyyətlər barədə razılığa gəlinsin.

Amma bu barədə heç bir razılığa gəlinməyib.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan miqrantlar, əsasən, Almaniyaya çatıb, bu ölkədən sığınacaq almaq istəyirlər. //bbc.com/azeri


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM