Aİ-nin bu il Ukraynaya verdiyi raket və mərmilərin həcmi açıqlanıb

22:32 | 23.05.2023
Avropa İttifaqı (Aİ) bu il Ukraynaya ümumi dəyəri 800 milyon avro olan raket və mərmilər tədarük edib.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Cosef Borrell bildirib.

O qeyd edib ki, Kiyev 220 min artilleriya mərmisi və 1300 raket qəbul edib.

Borrell blokun 24 ölkəsinin 155 mm-lik artilleriya mərmilərinin istehsalının genişləndirilməsi təşəbbüsünə qoşulduğunu diqqətə çatdırıb. Bunun üçün 1 milyard avro ayrılıb.
 
Bundan əlavə, Aİ artıq Ukraynaya 65 milyard avro dəyərində müxtəlif növ yardımlar göstərib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb