Avropa İttifaqı rəhbəri Roberta Metsola Azərbaycanı Qarabağda baş verən son hadisələrdən sonra etibarsız tərəfdaş adlandıraraq, Azərbaycandan qaz almamağa çağırıb. Bu barədə Metsola Qrandada keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
Oktyabrın 5-də"Politico" nəşri yazıb ki, Avropa İttifaqının Bakıya qarşı sanksiyalar tətbiq etməsi ehtimalı azdır. Nəşr səbəb kimi Aİ-nin Azərbaycandan təbii qaz tədarükündən asılı olması göstərilir.
Neft-Qaz məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, son baş verən proseslər neftöqaz sektorunda Azərbaycanın Avropayla münasibətlərinə təsir etməyəcək.
"Avropa Parlamentində qəbul edilən 22 bənddən ibarət qətnamə Macarıstan tərəfindən bloklanıb. Hətta Makron belə bu sanksiyaların əlehinə çıxıb. Azərbaycanla Avropa Birliyinin əlaqlərini genişləndirmək lazımdır ki, beynəlxalq təşkilatların nəticə çıxarmaq üçün doğru analiz edə bilsinlər”, - ekspert əlavə edib.
İqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli bildirir ki, bu addım Azərbaycan üçün heç bir təhlükə yaratmır və yarada bilməz.
"Müxtəlif siyasətçilərin, qərarvermə səlahiyyəti olmayan deputatların bu cür absurd bəyanatları ümumi qərarlara təsir edəcək səviyyədə deyil. Azərbaycan elə bir iş görməyib ki, ona qarşı hər hansı bir sanksiyalar olsun. Artıq bu məsələ gedərək Qərbdə də marginallaşmış bir mövqe kimi təqdim olunur. Bu gün Azərbaycana qarşı sərt mövqeyi ilə bilinən Makron belə Azərbaycana qarşı sanksiyaların mənasız olduğunu söyləyib”, - ekspert qeyd edib.
Cəfərli bildirir ki, sanksiyalardan Azərbaycana qarşı müəyyən təzyiq vasitəsi kimi istifadə ediləcək.
"Azərbaycan bu təzyiqlərə sinə gərməsi üçün öz mövqeyini daha açıq şəkildə bildirməlidir. Bunun ən yaxşı göstəricisi yaxın günlərdə imzalanacaq sülh müqaviləsi ola bilər. Yaxın günlərdə Brüsseldə keçiriləcək görüşdə hər hansı bir sənədlərin imzalanması bu tipli məsələləri tarixin arxivinə göndərəcək. Çünki Azərbaycanın indiki vəziyyətində ona qarşı hansısa bir addımların atılması üçün heç bir hüquqi əsası yoxdur”, - o əlavə edib.
Oktyabrın 5-də Avropa Parlamentinin üzvləri Qarabağdakı vəziyyətlə əlaqədar Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul ediblər.
Sənəddə qeyd olunur ki, Qarabağda "çoxsaylı atəşkəs pozuntularına və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan” Azərbaycan hökumətindəki şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Avropa Parlamenti həmçinin Brüssel və Bakı arasında əməkdaşlığın inkişafına yenidən baxmağa və Azərbaycan qazının idxalından asılılığı azaltmağa çağırıb.
Qətnaməni 491 deputat dəstəkləyib, 9 deputat əleyhinə səs verib, 36 deputat isə bitərəf qalıb.

Oktyabrın 6-da Azərbaycan Milli Məclisi qətnaməni pisləyərək bəyanat yayıb.
2023-cü ilin birinci yarısında Azərbaycandan Avropaya qaz ixracı 8,9% artıb. 2022-ci ildə Azərbaycan qaz ixracını 18%, yəni 22,3 milyard kubmetrədək artırıb, Avropaya tədarük 11,4 milyard kubmetr (+39%) təşkil edib.
2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12 milyard kubmetri Avropayadır.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.
Bundan əvvəl Kanada müxalifəti və Avropa İttifaqının 60 deputatı Qarabağda baş verən son proseslərə görə Azərbaycanı ittiham edərək ölkəyə qarşı sanksiyaların qoyulmasını təklif edib.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov sentyabrın 20-də XİN-də keçirilən brifində deyib ki, Azərbaycan əlehinə çağırışlar edən beynəlxalq təşkilatlar qıcıqlandırıcı fikirlərdən yayınmalıdır.
Sentyabrın 28-də Qarabağda qondarma rejimin "prezidenti" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən separatçı rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib. Əhaliyə Bakının təklif etdiyi reinteqrasiya şərtlərini nəzərdən keçirmək və qalma imkanları ilə bağlı öz qərarını vermək tapşırılıb.

Gülnar Nazimqızı
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !