Aİ nümayəndəliyinin rəhbəri: "Azərbaycan məhsulları tələblərimizi qarşılaya biləcək"

12:20 | 28.01.2016
Aİ nümayəndəliyinin rəhbəri:

Aİ nümayəndəliyinin rəhbəri: "Azərbaycan məhsulları tələblərimizi qarşılaya biləcək"

"Avropa İttifaqının bazarı çox böyükdür. Bu bazarın əhatə etdiyi ərazidə 500 milyondan çox əhali yaşayır. Azərbaycan məhsullarını da həmin bazarda görmək bizi sevindirəcək".
 
APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
 
Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi sahəsində Aİ Azərbaycanla işləyir: "Avropada ərzaq təhlükəsizliyi çox ciddi məsələdir. Azərbaycanda baş verən yenilikləri görərək düşünürük ki, Azərbaycan məhsulları tələblərimizi qarşılaya biləcək".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM