Aİ Rusiya aktivlərindən əldə edilən gəlirin Ukraynaya transferini təsdiqləyib

23:25 | 24.06.2024
Aİ Rusiya aktivlərindən əldə edilən gəlirin Ukraynaya transferini təsdiqləyib

Aİ Rusiya aktivlərindən əldə edilən gəlirin Ukraynaya transferini təsdiqləyib

Avropa İttifaqına üzv olan 27 ölkənin xarici işlər naziri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avro gəlirin Ukraynaya hərbi yardım göstərmək üçün Avropa Sülh Fonduna köçürülməsi qərarını təsdiqləyib.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cosep Borrell Aİ Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

"Aktivlərdən əldə edilən mənfəət mümkün qədər tez Ukraynanın xeyrinə istifadə olunacaq. Gələn ayın üçüncü günü 1,4 milyard avro, ilin sonuna qədər isə daha 1 milyard avro Kiyevə köçürüləcək”, - Borrell vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür