Aİ Rusiyanın 68 milyard avroluq aktivlərini DONDURUB

12:41 | 18.11.2022
Aİ Rusiyanın 68 milyard avroluq aktivlərini DONDURUB

Aİ Rusiyanın 68 milyard avroluq aktivlərini DONDURUB

Avropa İttifaqı Rusiyanın 68 milyard avroluq aktivlərini dondurub. Bu barədə "Politico" qəzeti məlumat verib.
 
Bildirilir ki, təxminən 33,8 milyard avro Rusiya Federasiyasının milli ehtiyatlarına düşə bilər. 
 
Aktivlərin əsas hissəsi Belçika 50 milyard avro və Lüksemburqda 5,5 milyard avro dondurulub.
 
Dondurulmuş aktivlərin 90 faizdən çoxu bu iki ölkə, həmçinin Avstriya, İrlandiya, İtaliya, Fransa və Almaniyanın payına düşür. 
 
Oktyabrın sonunda Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand ORF radiosunda elan edib ki, Avropa İttifaqı tərəfindən dondurulmuş Rusiya aktivlərinin məbləği 17,5 milyard avrodur. Sanksiyalara 1350 fiziki şəxs və təşkilatın aktivləri daxildir.
 
Aytac Şirəliyeva

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM