Aİ Rusiyanın aktivlərini dondura bilər - Bu gün iclada qərar veriləcək

10:00 | 24.07.2024
Aİ Rusiyanın aktivlərini dondura bilər - Bu gün iclada qərar veriləcək

Aİ Rusiyanın aktivlərini dondura bilər - Bu gün iclada qərar veriləcək

Avropa Birliyinə üzv olan 27 ölkənin səfirləri Avropa Komissiyasının Rusiya Mərkəzi Bankının aktivlərinin "müəyyən müddətə immobilizasiyası” ilə bağlı təklifini müzakirə etmək üçün bir araya gələcək. Bu barədə Financial Times qəzeti sənədə istinadən xəbər verir.

İclas iyulun 24-də baş tutacaq.

Bloomberg bir gün əvvəl Avropa İttifaqının üzv ölkələrə Rusiya Mərkəzi Bankının aktivlərinin daha uzun müddətə dondurulması üçün iki variant təqdim etdiyini bildirmişdi.
 
Aİ-nin bu addımı Rusiyanın dondurulmuş vəsaitlərindən gələn gəlirlər hesabına maliyyələşdirilməsi planlaşdırılan ölkənin yenidən qurulması üçün Ukraynaya vəd edilən 50 milyard dollarlıq kredit üçün ABŞ- a kompensasiya zəmanətini nümayiş etdirmək istəyi ilə izah olunur. 

İyulun 22-də Avropa Komissiyasının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Rusiya aktivlərindən əldə olunan gəlirin birinci tranşı avqustun əvvəlində Avropa Komissiyasına köçürüləcək.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Rusiya aktivlərindən gəlir tranşı ilə bağlı sərt cavab verəcəyini açıqlamışdı.
 
Rusiya 2021-ci ilin fevralından Ukrayanda hərbi əməliyyatlar keçirtmək barəsində qərar qəbul edib. Bu qərardan sonra dünyanın bir çox brend və markaları rusiya bazarını tərk edib və ya fəaliyyətini dondurub. Amerika və Avropanın 27 ölkəsi Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. Lakin buna baxmaraq Rusiya öz qərarından geri çəkilməyib. Baş verən gərginlikdə Qərbi günahlandırıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM