Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Ukraynaya kredit vermək üçün alternativ plan hazırlayır. Bu Financial Times (FT) qəzeti yazıb.
Nəşrin məlumatına görə, kreditin məbləği 20 milyard avrodan 40 milyard avroya qədər ola bilər - yekun məbləği Avropa Komissiyası Aİ ölkələri ilə məsləhətləşmələrdən sonra müəyyən edəcək.
Nəşr qeyd edir ki, Aİ Macarıstanın Vaşinqtonun tələb etdiyi zəmanətlərin verilməsinə mümkün veto qoymasından narahatdır.
Rusiyanın Ukraynaya hücumu nəticəsində Amerika və Avropanın 27 ölkəsi Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediblər. Sanksiyalar nəticəsində Rusiyanın aktivləri dondurulub. Bununla yanaşı Rusiyada fəlaiyyət göstərən brend markalar bazarı tərk etmək barəsində qərar qəbul edib.
Sərt sanksiyalar fonunda Rusiya prezidenti Putin heç müharibəni dayandırmaq üçün heç bir geri addım atmayıb.
Hazırda iki ölkə arasında münaqişə davam edir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !