Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları daha altı ay uzadıb

17:55 | 27.01.2023
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları daha altı ay uzadıb

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları daha altı ay uzadıb

Avropa İttifaqı Şurası Rusiyanın bank, maliyyə və enerji sektorları ilə bağlı iqtisadi sanksiyaların iyulun 31-dək uzadılması barədə qərar qəbul edib. Bu barədə Aİ Şurasının rəsmi saytında yerləşdirilən bəyanatda deyilib.

İlk dəfə 2014-cü ildə Rusiyanın Ukraynada vəziyyətin sabitliyini pozan hərəkətlərinə cavab olaraq tətbiq edilən bu sanksiyalar Rusiyanın Ukraynaya qarşı təxribatsız və əsassız hərbi təcavüzü səbəbindən 2022-ci ilin fevralından etibarən əhəmiyyətli dərəcədə genişləndirilib.

İndi bu məhdudlaşdırıcı tədbirlər ticarət, maliyyə, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və dəbdəbəli mallar üzrə məhdudiyyətlər də daxil olmaqla geniş tədbirlərdən ibarətdir. 
 
Sanksiyalar həmçinin xam neftin və bəzi neft məhsullarının Rusiyadan Aİ-yə idxalına və ya dəniz yolu ilə daşınmasına qadağa, bir sıra Rusiya banklarının SWIFT beynəlxalq pul köçürmələri sistemindən ayrılması, telekanalların fəaliyyətinin dayandırılması və lisenziyalara xitam verilməsini əhatə edib. 

2022-ci ildə Rusiya banklarının Otkritie, Novikombank, Promsvyazbank, Bank of Russia, Sovcombank, VTB, VEB.RF, Sberbank, Rosselxozbank-ın SWIFT, "Moskva Kredit Bankı" və "Belarus Yenidənqurma Bankı"ndan ayrılması qərarından sonra sanksiyalar genişləndirilib.

Yanvarın 25-də "Azadlıq” radiosunun Brüssel müxbiri Rikard Jozwiak xəbər verir ki, Aİ səfirləri  Ukraynadakı müharibə ilə əlaqədar Rusiya Federasiyasına qarşı  bütün iqtisadi sanksiyaların uzadılmasını təsdiqləyiblər.

2014-cü il iyulun 31-də Avropa İttifaqı Rusiyaya qarşı iqtisadiyyatın konkret sahələrinə qarşı iqtisadi sanksiyalar tətbiq edib. 
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM