Avropa İttifaqı Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyanın müddətini 2016-cı il, sentyabrın 15-dək uzadılmasına dair qərar qəbul edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, sanksiya Rusiya və Ukrayna vətəndaşı olan 146 fiziki və 37 hüquqi şəxsə tətbiq edilib.
Bildirilir ki, vəfat etmələri səbəbindən "qara siyahıdan” 3 nəfərin adı silinib. Bunlar Krımın İctimai palatasının üzvü Yuriy Jerebtsov, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) direktoru, general İqor Serqun və qondarma Luqansk xalq respublikasının nümayəndəsi Pavel Dremovdur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !