Aİ sanksiyaların müddətini uzadıb

19:43 | 13.03.2023
Aİ sanksiyaların müddətini uzadıb

Aİ sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ)  Ukraynanın ərazi bütövlüyünü məhdudlaşıran tədbirlərin müddətini  2023-cü ilin 15 sentyabrına qədər uzadılması barədə qərar qəbul edib. Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Hazırda məhdudlaşdırıcı tədbirlər fiziki şəxslərin səyahətinə məhdudiyyətlər, aktivlərin dondurulması, vəsaitlərin və ya digər iqtisadi resursların sadalanan fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsinə qadağa qoyulmasın aiddir.

Politico nəşrinin məlumatına görə, Avropa İttifaqı Rusiyanın 68 milyard avro dəyərində aktivlərini dondurub.

Nəşrin yazdığına görə, 50 milyard avro Belçikanın payına düşür. Ondan sonra 5,5 milyard avro dəyərində aktivlərinin dondurulduğu Lüksemburq gəlir.

Bununla belə, Aİ Rusiyanın dondurulmuş milli ehtiyatlarının həcmini bilmir. Sənəddə onların təxminən 33,8 milyard avro dəyərində qiymətləndirilir.
 
Bu günə qədər Rusiyanın hərbi təcavüzünə cavab olaraq 1473 fiziki şəxsə və 205 quruma sanksiya tətbiq edilib.
 
Aytac



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM