Aİ səfirləri Azərbaycana gələcəklər

16:40 | 13.10.2017
Aİ səfirləri Azərbaycana gələcəklər

Aİ səfirləri Azərbaycana gələcəklər

"Şərq Tərəfdaşlığı" proqramını kurasiya edən Avropa İttifaqının (Aİ) bir sıra ölkələrinin səfirləri Azərbaycana səfər edəcək.

Anews.az-ın xəbərinə görə, bu barədə Report-a diplomatik mənbələrdən məlumat verilib.

Məlumata əsasən, Aİ ölkələrindən təxminən 15 səfirin səfəri noyabrın əvvəllərinə nəzərdə tutulur.

Səfər Tallindəki Şərq Tərəfdaşlığı Mərkəzinin koordinasiya dəstəyi ilə təşkil olunacaq. Hazırda Aİ-yə sədrlik edən Estoniyanın və Latviyanın birgə təşkilatçılığı ilə baş tutacaq.

Səfər zamanı noyabrın 24-də Brüsseldə keçiriləcək V Şərq Tərəfdaşlığı sammitinə hazırlığın detalları müzakirə olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM