Aİ Şurası Rusiyaya qarşı sanksiyaları uzadıb

17:05 | 12.09.2024
Aİ Şurası Rusiyaya qarşı sanksiyaları uzadıb

Aİ Şurası Rusiyaya qarşı sanksiyaları uzadıb

Avropa İttifaqı (Aİ) Rusiyada 2 mindən çox fiziki şəxs və təşkilata qarşı fərdi sanksiyaları gələn ilin mart ayının 15-nə qədər uzadıb. Bu barədə Aİ Şurasının bəyanatında deyilir.

"Bu gün Aİ Şurası Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha altı ay - 2025-ci il martın 15-dək uzadıb”, - sənəddə bildirilib.

Sanksiyalar 2014-cü ildən qüvvədədir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM