Avropa İttifaqı Şurası bu gün Ukrayna və Moldovanın Aİ-yə ixracına idxal rüsumlarının və kvotanın daha bir il müddətinə dayandırılmasını təsdiqləyib.Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
"Bu, Rusiyanın iki ildir davam edən əsassız hərbi təcavüzündən sonra Aİ-nin Ukraynaya sarsılmaz siyasi və iqtisadi dəstəyini bir daha təsdiqləyir", - məlumatda vurğulanıb.
Qeyd olunub ki, Aİ-nin Ukrayna üçün ticarət tədbirləri 6 iyun 2024-cü il tarixindən 5 iyun 2025-ci il tarixinədək tətbiq olunacaq və Aİ-Ukrayna Assosiasiyası Sazişinin (DCFTA) IV bəndi altında bütün ödənilməmiş gömrük rüsumlarının və kvotaların davamlı olaraq dayandırılmasına aiddir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !