Almaniya və Avropa Birliyi daxili yanma mühərrikli avtomobillərin gələcəyi ilə bağlı mübahisəyə dair razılığa gəldiklərini elan ediblər.
Bu barədə Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans tvitter hesabında yazıb.
Onun sözlərinə görə, Almaniya ilə elektrik yanacaqlarının gələcəkdə avtomobillərdə istifadəsi haqqında razılıq əldə olunub.
Almaniyanın nəqliyyat naziri Volker Vissinq öz növbəsində bildirib ki, 2035-ci ildən sonra da yalnız iqlimə uyğun olmayan yanacaq istifadə edən daxili yanma mühərrikli avtomobillərin yeni qeydiyyatı üçün yol açılıb:
"Tərəflər konkret prosessual addımlar barədə razılığa gəliblər və konkret vaxt cədvəli məcburi xarakter alıb. "Biz prosesin 2024-cü ilin payızına qədər başa çatdırılmasını istəyirik. İndi avtomobillər üçün CO2 standartları ilə bağlı tənzimləməni mümkün qədər tez qəbul etməyə çalışacağıq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !