AİB Azərbaycanın milli valyutasında yeni istiqraz yerləşdirib

15:02 | 29.01.2024
AİB Azərbaycanın milli valyutasında yeni istiqraz yerləşdirib

AİB Azərbaycanın milli valyutasında yeni istiqraz yerləşdirib

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın milli valyutasında istiqrazların yeni yerləşdirilməsini həyata keçirib və 19,5 milyon manat (hazırkı məzənnə ilə 11,47 milyon dollar) cəlb edib. Bu barədə  AİB məlumat yayıb. 

AİB-dən  verilən məlumata görə, istiqraz emissiyası Azərbaycan manatı ilə, lakin hesablaşmalar ABŞ dolları ilə aparılıb ki, bu da xarici investorların cəlb edilməsini asanlaşdırır.

İstiqrazların yerləşdirilməsindən əldə edilən vəsait Azərbaycanda qadın sahibkarlığının və kənd təsərrüfatının inkişafının maliyyələşdirilməsinə yönəldiləcək.

İstiqrazların ödəmə müddəti 3 il, kupon dərəcəsi illik 6,5% təşkil edir. İstiqrazların buraxılışının təşkilatçısı Merrill Lynch International olub, istiqrazlar bir avropalı investor tərəfindən alınıb.

Bu AİB istiqrazları Lüksemburq Fond Birjasında siyahıya alınıb.

AİB üçün bu, Azərbaycanın milli valyutasında istiqrazların üçüncü yerləşdirilməsidir. 2023-cü ilin yanvarında AİB bu yolla 8,4 milyon manat (təxminən 4,9 milyon dollar), noyabrda isə 14,5 milyon manat (8,52 milyon dollar) cəlb edib.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank ölkəyə 5,2 milyard dollardan çox kredit və qrant verib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM