Ailə yaşadığı mənzili zibilliyə çevirib – VİDEO

10:06 | 09.06.2019
Ailə yaşadığı mənzili zibilliyə çevirib – VİDEO

Ailə yaşadığı mənzili zibilliyə çevirib – VİDEO

Sumqayıt şəhərində bir ailə yaşadığı mənzili zibilliyə çevirib.
"Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, söhbət Sumqayıt şəhər 2-ci mikrorayon, bina 8/11 mənzil 25-də yaşayan ailədən gedir.
Qonşuların sözlərinə görə, psixi problemi olan Təranə Bəylərova mənzildə Humay adlı xəstə anası ilə yaşayır. Mənzildəki üfunət iyi nəinki evi, hətta bütün binanı bürüyüb.
Altı saylı Mənzil İstismar Sahəsinin nümayəndəsi Qəhrəman Rəhimovun sözlərinə görə, həmin qadın mənzildə heyvanlar da saxlayır.
Binada yaranmış antisanitar şəraitdən narazı olan qonşular aidiyyəti orqanlara müraciət etdiklərini bidiriblər.
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb