Ailə zorakılığı gənc fotoqrafların obyektivində - FOTOLAR

15:14 | 27.12.2013
Ailə zorakılığı gənc fotoqrafların obyektivində - FOTOLAR

Ailə zorakılığı gənc fotoqrafların obyektivində - FOTOLAR

Rüstəm QasımovQadınlara qarşı zorakılıq - müasir cəmiyyətin ən vacib problemlərdən biridir. "Natavan gallery & club”da baş tutan "Qadınlara qarşı zorakılığa “YOX” de" adlı fotosərginin məqsədi gənc fotoqrafların obyektivi vasitəsilə əksini tapmış Azərbaycan ailələrindəki məişət zorakılığı səhnələrinin sərgilənməsi idi. Onlar bu işin öhdəsindən kifayət qədər məharətlə gəlmişdilər.     Qonaqları qalereya sahibəsi Natəvan Əliyeva və "Arts Council Azerbaijan”ın nümayəndəsi Dadaş Məmmədovun qonaqları qarşıladılar. Sonra Dadaş Məmmədov tədbirin mövzusu, onun bu günkü aktuallığı barədə danışdı və ziyarətçiləri sərgiyə baxmağa dəvət etdi.Hər bir foto əsəri emosiya, hisslə dolu idi. Sərgiyə gələnlərin diqqətini daha çox Mirsadıq Hüseynovun çəkdiyi fotoşəkil cəlb etdi - əsərdə arxası bizə oturmuş, başına qazan geydirilmiş qadın əks olunmuşdu. Bu dərhal müzakirə predmetinə çevrildi və ailə mübahisələri zamanı istifadə olunan sevimli ifadələrindən birini xatırlatdı: "Bu dəqiqə qazanı başına keçirəcəm". Fotoşəkidə nəsə qeyri-müəyyən qorxu hiss olunurdu, qızın çılpaq kürəyi onun hələ soyumamış qəzəb qarşısında köməksizliyini vurğulayırdı. Ümumiyyətlə, bütün fotoşəkillərdə cinsi və qapalı zorakılıq da daxil olmaqla zorakılığın müxtəlif növləri, fiziki güc tətbiq etməklə açıq aqressiyanın təzahürü, pul və digər amillərlə insan psixoloji təzyiq, kənar iradənin sırınması, total tabeetməyə və qadın üzərində tam nəzarət səhnələri nümayiş olunurdu.Mikayıl Cabbarlının əl işi olan başqa bir fotoşəkil sərginin adını daha yaxşı əks etdirirdi. Fotodakı iki əl – qadın və kişi əli “Gənc qadınlara qarşı zorakılığa “YOX "de” ifadəsinə identik olan jesti sanki simvolizə edirdi. Fotoların əksəriyyəti ağ-qara rəngdə idi, lakin onların arasında bir neçə rəngli şəkillər də diqqəti çəkirdi. Cəmilə Haşımovanın çəkdiyi belə bir əsərdə gözəl çəhrayı paltarda əlləri bağlı qız təsvir olunmuşdu.Digər fotoşəkildə qızğın hisslər və çılğıncasına münasibət aydınlaşdırılması səhnəsi təsvir olunmuşdu: oğlan üzü çarpayıya yıxıb saçlarından tutaraq onu döyməyə hazırlaşır. Şəkil sanki dilə gəlib danışır və izləyiciləri əsərə laqeyd qalmağa qoymur. Əzab, ağrı, ümidsiz ailə münaqişəsinə - tiran kişinin qadın üzərində törətdiyi şər süjetə hopub.Növbəti bir neçə şəkildə məişət zorakılığının başqa səhnəsi təsvir olunur: fotoların birində oğlan ilgəyi qızın boynuna salmağa çalışır, sonra isə onu boğmağı qərara alır. Şərhə ehtiyac yoxdur, süjet hər şeyi deyir.Sərginin digər iştirakçısı Leyla Ağayeva qadınların əziyyət çəkdiyi məişət zorakılığının ən  geniş yayılmışlarından birini əks etdirən fotoşəkli tamaşaçılara təqdim edib. Əsərdə məişət zorakılığı nəticəsində sol əlində iri qançır olan qız əks olunub.Orxan Abbasovun müəllifi olduğu fotoşəkil qadının ailədə həyatının ruhi və fiziki aspektləri arasında paralellər aparır. Talesiz qadının qolundakı qandallar onun həyatının ömürlük zindanda olmasından xəbər verir. Qadın onu alçaldan despotun əllərində oyuncağa çevrilir, kişi isə onu özünün əşyası sayır – bu əşya ilə necə istəsə rəftar edə bilər.Ümumiyyətlə, sərgi iştirakçıları problemin mahiyyətini aça, məişət zorakılığın müxtəlif formaları nəticəsində qadınlarda yaranan qorxu, ağrı, ümidsizlik və digər emosiyaları çatdıra biliblər. Ümid etmək istəyirik ki, bu tədbir cəmiyyətimizdəki mövcud problemin həllinə müsbət təsir göstərəcək və onun tezliklə həllinə yardımçı olacaq.ANN.Az      
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM