Ailədə dava salanlar evdən qovulacaq - Rəsmi Qərar

11:46 | 05.12.2013
Ailədə dava salanlar evdən qovulacaq - Rəsmi Qərar

Ailədə dava salanlar evdən qovulacaq - Rəsmi Qərar

Ailədə dava-dalaş salanlar evdən qovulacaqlar. Bu barədə Belarus hökuməti rəsmi qərar çıxarıb. Qanuna edilən düzəlişə əsasən, ailədə qalmaqal yaradanlar 3-5 günlüyünə evdən qovulacaqlar. Bu qalmaqalların sayı çox olsa, onlar ümumiyyətlə evdən məhrum ediləcəklər. 

ANN.Az-ın "Vesti.ru"ya istinadən verdiyi xəbərə görə, paytaxt Minskdə ailə münaqişələri ən problemli məsələlərdən biridir. Bu problemlərin aradan qaldırılması üçün bir çox tədbirlər görülsə də, ailələrə psixoloji dəstək göstərilsə də, müzakirələr aparılsa da, cərimələr tətbiq edilsə də, bütün bunların bir xeyri yoxdur. Əvvəlki kimi belarus ailələrində ailə münaqişələrinin və zorakılıqlarının sayı kifayət qədərdi. Sonda isə hökumət bunun qarşısını almaq üçün sərt addımlar atmaq qərarına gəlib. 

"Əgər bir il ərzində hansısa bir şəxs ailədə ikinci dəfə münaqişə törətsə, ona qarşı bu tədbirlər görüləcək: ailədə zorakılığa məruz qalan qurbanla ünsiyyətə qadağa, ailədə zorakılığa məruz qalmış şəxslə görüş təyin etməyə qadağa, ümumi mülkiyyətdən istifadə etməyə qadağa", - bunu açıqlamasında Belarus daxili işlər nazirliyinin profilaktika idarəsinin rəisi Oleq Karazey deyib. 

Qanuna edilən düzəlişə əsasən, cərimələnən şəxs 3 sutkadan 30 günə qədər öz evində yaşamaqdan məhrum ediləcək. Əgər ailədaxili münaqişələr törədən şəxs əməllərindən əl çəkməsə, o, birdəfəlik yaşadığı evdən qovulacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM