Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Bu barədə Report məlumat yayıb.
H
Hadisə Yaşıl dərə yaşayış massivində baş verib.
39 yaşlı Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı 29 yaşlı Gülbuta İmamverdi qızı Orucova, övladları - 5 yaşlı Niftalı Qabil oğlu Orucov, 16 yaşlı Aysun Qabil qızı Orucova və 8 yaşlı Samirə Qabil qızı Orucova dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır