Ailə,Qadın və uşaq məsələləri üzrə komitədə bir sıra təkliflər irəli sürülüb

11:52 | 18.01.2023
Ailə,Qadın və uşaq məsələləri üzrə komitədə bir sıra təkliflər irəli sürülüb

Ailə,Qadın və uşaq məsələləri üzrə komitədə bir sıra təkliflər irəli sürülüb

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi bu gün "payız sessiyası”hesabatını verərək, "yaz sessiyası” üzrə iş planını təsdiq edib. 

Komitə iclasında deputatlar bir neçə təkliflər irəli sürüb.

Belə ki, komitənin üzvü Səadət Vəliyeva evlilik müqaviləsinin evlilik anlaşması ilə əvəz olunmasını təklif edib. Deputat bunu cəmiyyətdə düzgün anlaşılmaması ilə əlaqələndirib. O həmçinin Azərbaycanda ailə məhkəmələrinin yaradılmasını da təklif kimi irəli sürüb.

Komitənin digər üzvü Rauf Əliyev Ailə, Qadın və Uşaq məsələləri komitəsinin iclasılarının hər dəfə bir rayonda keçirilməsini təklif edib. 

"Elə ilk olaraq mənim deputat olduğum Xəzər rayonundan başlamaq olar. Bu insanların da diqqətini cəlb edir. Nəticədə insanların problemlərini daha yaxşı anlamaq olacaq” – deputat bildirib. 

Komitə sədri Hicran Hüseynova deputatın təklifini müsbət qiymətləndirərək deyib ki, bunu araşdırıb dəyərləndirmək olar. 


Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM