Ailəsi dünyasını dəyişən azərbaycanlı jurnalist üçün müraciət etdi

16:55 | 13.08.2019
Ailəsi dünyasını dəyişən azərbaycanlı jurnalist üçün müraciət etdi

Ailəsi dünyasını dəyişən azərbaycanlı jurnalist üçün müraciət etdi

12 avqustda Rusiyada vəfat edən jurnalist Nazilə Həsənzadə Azərbaycanda torpağa tapşırılacaq. 

BAKU.WS xəbər verir ki, 35 yaşında dünyadan köçən jurnalistlə vida mərasimi sabah - 14 avqustda yaşadığı və dünyasını dəyişdiyi Perm şəhərində təşkil ediləcək.  

Bundan sonra cənazəsi dəfn olunmaq üçün Bakıya gətiriləcək. 

Mərhumun cənazəsinin Bakıya gətirilməsi üçün ailəsinin maddi yardıma ehtiyacı var. Bununla bağlı, Həsənzadənin qardaşı Fərhad sosial şəbəkə vasitəsilə Azərbaycanda yaşayan dostlara və tanışlara müraciət edib. Kömək etmək istəyənlər +79824860782 telefon nömrəsilə onunla əlaqə saxlaya bilərlə
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM