Hindistanın Qərbi Benqaliya ştatında film kimi sevgi əhvalatı - FOTOLAR

19:27 | 14.06.2019
Hindistanın Qərbi Benqaliya ştatında film kimi sevgi əhvalatı - FOTOLAR

Hindistanın Qərbi Benqaliya ştatında film kimi sevgi əhvalatı - FOTOLAR

Hindistanın Qərbi Benqaliya ştatında film kimi sevgi əhvalatı baş verib.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, Ananta Burman adlı gənc 8 il sevdiyi Lipika adlı qızın onunla evlənməsi üçün qəribə addım atıb.

Uzun müddət bir birini sevən gənclər, Lipikanın ailəsinin onu başqa adama ərə vermək istəməsi səbəbindən münasibətlərini kəsiblər. Gənc qız ailəsinin təkidi ilə, kasıb olduğu üçün Anantanın zənglərini cavabsız qoyub. Sevdiyi qızı itirməmək üçün Ananta Lipikanın evinin qarşısında "aclıq aksiyası" keçirmək qərarına gəlib. Günlərlə Lipikanın evinin önündə ac-susuz qalan Anantaya yerli sakinlər də dəstək veriblər.

Gənc oğlan bir neçə gün aclıq edəndən sonra halı pisləşib. Xəstəxanaya yerləşdirilən Ananta sonda istəyinə nail olub. Lipikanın ailəsi gənclərin evlənməsinə razılıq verib. Bir neçə gündən sonra cütlüyün toy mərasimi keçirilib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb