Ağır xəstəlikdən əziyyət çəkən azərbaycanlı məşhur vəfat etdi - FOTO

19:53 | 29.11.2018
Ağır xəstəlikdən əziyyət çəkən azərbaycanlı məşhur vəfat etdi - FOTO

Ağır xəstəlikdən əziyyət çəkən azərbaycanlı məşhur vəfat etdi - FOTO

Tanınmış jurnalist Rafiq Salmanov dünyasını dəyişib.

Bu barədə A24.az-a mərhum jurnalistin dostları məlumat verib. Bildirilib ki, Azərbaycan fotojurnalistikasının tanınmış nümayəndəsi R.Salmanov ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Qeyd edək ki, R.Salmanov Azərbaycan Jurnalistlər Birliyinin üzvü, YUNİSEF və "Qızıl qələm” mükafatları laureatıdır. O, "Azərbaycan pioneri”, "Vışka”, "Xalq qəzeti” qəzetlərində, "Azərbaycan qadını” jurnalında fotomüxbir işləyib.
Ölkənin tanınmış fotomüxbirlərindən olan R.Salmanov həm də musiqiçi  və bu sahəyə aid 4 kitabın müəllifi idi.
Allah rəhmət eləsin!

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb