Ötən günlərdə xəstəlikdən əziyyət çəkdiyini bildirən xalq artisti Könül Xasıyevanın yeni fotosu yayılıb.
"Qaynarinfo” xəbər verir ki, məşhur aparıcı Hacı Nuran sənətkara baş çəkib. Xalq artisti ilə çəkdirdiyi fotosunu paylaşan Hacı Nuran görüşün təsirli keçdiyini bildirib:
"Azərbaycanın xalq artisti, özünəməxsus səsi və ifa tərzi ilə xalqımızın sevgisini qazanmış Könül Xasiyevanı bu gün yoxlamağa getmişdim. Bildiyiniz kimi, son vaxtlar sevimli ifaçımız ağır xəstəlikdən əziyyət çəkir. Görüşümüz çox təsirli və kövrək oldu. Amma inanıram ki, Könül xanım tezliklə şəfa tapacaq...”
Xatırladaq ki, bir neçə gün öncə yeni fond yaratmış aparıcı canlı yayımda xalqm artistinə zəng edərək ona dəstək olacağını bildirmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !