ANN.Az türk mediasına istinadən xəbər verir ki, İndoneziyanın Yava dənizinə düşən təyyarənin qara qutusundakı uçuş məlumat bazasının (FDR) tapılmasından sonra kokpit səs yazıları da (CVR) dənizdən çıxarılıb. (yəni hər iki qara qutu - red.)
İkinci qara qutu dənizin dibindən çıxarıldıqdan sonra internetdə 2 dəqiqə 10 saniyəlik AirAsia təyyarəsinə aid olduğu iddia edilən səs yazısı yayılıb.
"Haber7"-də yer alan məlumata görə, səs yazılarının pilota və pilot köməkçisinə aid olduğu bildirilir. Danışıq belədir:
Pilot: Tamam, bunu kopyalayacağam inşallah. Bu rəsmdəkilərdən fərqlidir.
Köməkçi: Bəli.
Pilot: Bu qaydasızdır.
Köməkçi: Bəli, doğrudur.
Pilot: Bambuk gəmisi kimi olduq, bunu istifadə edək
Köməkçi: (gülür)
Pilot: Sıfıra düşdü
Pilot: Səncə, bir qədər aşağı enək, yoxsa yüksələk?
Köməkçi:Yüksələk
Pilot: Nə badə sola dönəsən (həyəcanla)
Köməkçi: Kapitan baxın, baxın (nəyisə göstərdiyi başa düşülür)
Bundan sonra həm pilot, həm də köməkçi təkbir (Allahu Əkbər) deyir və bundan sonra səs yazısı itir.
Hazırda səsyazısının qəzaya uğrayan "AirAsia" təyyarəsinə aid olub-olmadığı haqqında heç bir məlumat yoxdur.
Mütəxəssislər tapılan qara qutuların üzərində aparılacaq işin uzun müddət alacağını və yalnız 10 aydan sonra təyyarənin nə səbəbdən qəzaya uğramasını rəsmi şəkildə açıqlayacağını bildiriblər.
Təyyarə ötən il dekabrın 28-də qəzaya uğrayıb və 162 nəfər həlak olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !