Fransanın cənubunda qəzaya uğrayan "Airbus A320” təyyarəsində bir gün əvvəl texniki problemlər qeydə alınıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Der Spiegel nəşri məlumat yayıb.
Nəşr "Airbus A320” tipli digər təyyarələrin bəzi ekipajlarının qəzadan sonra uçuşdan imtina etməsini məhz bununla əlaqəli olduğunu ehtimal edir.
"Der Spiegel”in məlumatına görə, qəzaya uğrayan "Airbus A320” təyyarəsində qabaq şassinin yığıldığı bölmənin qapısında nasazlıq olub. Təyyarə bu səbəbdən uçuşa buraxılmayıb və bir neçə saat Düsseldorf aeroportundakı duracaqda saxlanılıb.
"Lakin bu problem tamamilə aradan qaldırılıb və ötən gün saat 10-dan etibarən təyyarə müntəzəm reyslərin icrasına başlayıb”, deyə "Der Spiegel” nəşrinə Lufthansa aviaşirkətindən bildirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !