“Airbus” Londondan Nyu-Yorka 1 saata uçacaq

18:59 | 19.10.2015
“Airbus” Londondan Nyu-Yorka 1 saata uçacaq

“Airbus” Londondan Nyu-Yorka 1 saata uçacaq

"Airbus” aviaşirkəti sərnişinləri Nyu-Yorkdan Londona 60 dəqiqəyə apara bilən hava gəmisi üçün patent hüququ əldə edib.  
 
İKT.lent.az-ın "Qazeta”ya istinadən xəbərinə görə, təyyarə "Konkord-2” adlanır.
 
Patentə görə, səsdən güclü reaktiv təyyarə üç ayrı-ayrı mühərrikdən istifadə sayəsində hava axınını yarıb keçə bilir.
 
Hava gəmisinin uçuşları 2003-cü ildə dayandırılan orijinal "Konkord” təyyarəsindən üç dəfə daha sürətli uçacağı nəzərdə tutulur.
 
Patentə əsasən, "Airbus” salonunda 19 sərnişin yerləşə biləcəyi yeni "Konkord” təyyarəsindən ilk növbədə hərbi məqsədlər üçün istifadəni planlaşdırır. Layihənin kosmik aviadaşımalar sahəsində istifadə oluna biləcəyi barədə məlumat verilmir.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM