Çağırış Kuboku yubileyini qeyd edir

20:00 | 18.10.2019
Çağırış Kuboku yubileyini qeyd edir

Çağırış Kuboku yubileyini qeyd edir

Azərbaycan Respublikası Gənclər Fondu və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?” oyunu üzrə ənənəvi X Çağırış Kubokunun keçirilməsi planlaşdırılır.
Trend-in məlumatına görə, "Nə? Harada? Nə zaman?” və "Xəmsə Milli İntellektual Oyunu" üzrə ənənəvi X Çağırış Kuboku Xəzər İntellektual Gənclər Klubu tərəfindən hər il həyata keçirilən ənənəvi turnirlərdəndir.
İntellektual oyunların təşkili üzrə ixtisaslaşmış Xəzər İntellektual Gənclər Klubundan verilən məlumata görə bu dəfəki Kubok sayca 10-cu olmaqla yubiley xarakterlidir. Bu kubokun digərlərindən daha maraqlı və fərqli formatda keçiriləcəyi bildirilir.
X Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.
Kubok çərçivəsində Bakı və regionlarda oktyabr ayı ərzindı seçim turları təşkil olunacaq. Layihə ölkənin 10-dan artıq regionu əhatə etməklə 2000-dən çox gəncin turnirdə iştirakına şərait yaradacaq.
Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar Kubokun finalına vəsiqə qazanacaq. Kubokun final mərhələsi noyabr ayında Bakıda təşkil olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb